Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

NATO “TikTok”u əməkdaşlarına qadağan etdi

NATO “TikTok”u əməkdaşlarına qadağan etdi

Tarix: 1 Aprel 2023 10:48

NATO təhlükəsizlik səbəbi ilə işçilərinə "TikTok" sosial şəbəkə tətbiqini iş cihazlarına yükləməyi qadağan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə NATO nümayəndələri məlumat veriblər.

"Kibertəhlükəsizlik NATO üçün əsas prioritetdir. NATO xidməti istifadə üçün proqramların seçilməsi ilə bağlı ciddi tələblər irəli sürür. NATO-nun təqdim etdiyi cihazlarda "TikTok" mövcud deyil", - deyə alyansın yüksək səviyyəli rəsmisi CNN telekanalına bildirib.

CNN həmsöhbətlərinin sözlərinə görə, NATO rəhbərliyi cümə günü səhər saatlarında öz əməkdaşlarına bildiriş göndərib. Məktubda "TikTok"la bağlı rəsmi qadağa əksini tapıb. Baxmayaraq ki, "TikTok" tətbiqi əvvəllər də daxili texniki məhdudiyyətlər səbəbindən alyansın cihazlarında istifadə olunmurdu.

Qeyd edəki ki, bundan əvvəl Avropa Komissiyası, Avropa İttifaqı Şurası və Avropa Parlamentinin əməkdaşlarına "TikTok" tətbiqinin ofis cihazlarına yüklənməsi qadağan edilmişdi.

Milli.Az


Etiketlər:  NATO TikToku əməkdaşlarına qadağan etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ