Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zəlzələ qurbanı olan uşağın fəlakət barədə iki il əvvəl yazdığı qeyd tapıldı - VİDEO

Zəlzələ qurbanı olan uşağın fəlakət barədə iki il əvvəl yazdığı qeyd tapıldı - VİDEO

Tarix: 1 Aprel 2023 14:38

Türkiyənin Kahramanmaraş bölgəsində baş verən dəhşətli zəlzələnin qurbanlarından olan uşağın qeydi tapılıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, müxbir olmağı arzulayan 11 yaşlı Mevlüt Eymen Erevik iki il əvvəl "zəlzələ barədə xəbər" yazıbmış.

Onun zəlzələ barədə qeydi həyatını itirdiyi binanın dağıntıları altından çıxıb. Onun  hazırladığı xəbərdə Malatyada baş verən zəlzələdən xəbər verməsi və yazını jurnalist kimi yazması diqqət çəkib.

Polis olan anası Zülfiyə ilə birlikdə binada ölən Eymenin ailəsindən 3 nəfər, binadan isə 6-7 nəfər sağ qalıb.


Etiketlər:  Zəlzələ qurbanı olan uşağın fəlakət barədə əvvəl yazdığı qeyd tapıldı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ