Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Səudiyyə nüvə texnologiyası almağa çalışır

Səudiyyə nüvə texnologiyası almağa çalışır

Tarix: 2 Aprel 2023 11:52

Səudiyyə Ərəbistanı rəhbərliyi ABŞ-dan nüvə texnologiyası almağa cəhd edir. Ancaq bu sahədə Rusiya və Çinlə də əməkdaşlıq imkanlarını nəzərdən keçirir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Nyu York Tayms" qəzeti məlumat yayıb.

Məqalədə bildirilib ki, dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı karbohidrogenlərə tam etibar etmək niyyətində deyil. Buna görə enerji mənbələrini şaxələndirməyə çalışır. Həmçinin, Ər-Riyadın Vaşinqton tərəfindən nüvə texnologiyası təminatını əldə etmək cəhdləri Səudiyyə Ərəbistanının ölkədə nüvə silahının yaradılmasına maneə olan bir sıra şərtlərlə razılaşmaqdan imtina etməsinə görə uğursuz olub.

Qəzetin yazdığına görə, Ər-Riyad Vaşinqtona təzyiq göstərərək, İsraillə münasibətlərin normallaşdırılmasını nüvə texnologiyası ilə dəyişməyi təklif edir.

Milli.Az


Etiketlər:  Səudiyyə nüvə texnologiyası almağa çalışır


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ