Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Barselona" yeni rekorda imza atıb

Tarix: 2 Aprel 2023 17:12

"Barselona" cari mövsüm İspaniya La Liqasında keçirdiyi 27 matçın 20-də qol buraxmayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Kataloniya təmsilçisi bu göstəriciyə görə yeni rekoda imza atıb.

Komanda son olaraq XXVII turda "Elçe"ni dörd cavabsız qolla məğlub edib.

27 qarşılaşmada 71 xal toplayan "Barselona" çempionat tarixinin ikinci ən yaxşı nəticəsini də müəyyənləşdirib.

Qeyd edək ki, Xavi Ernandesin baş məşqçisi olduğu kollektiv hazırda turnir cədvəlində liderdir. Rəqibindən bir oyun az keçirən "Real Madrid" 56 xalla ikinci pillədə qərarlaşıb.

Milli.Az


Etiketlər:  Barselona yeni rekorda imza atıb


RƏYLƏR