Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Suriya ordusu Latakiyada silahlıların iki dronunu vurub

Suriya ordusu Latakiyada silahlıların iki dronunu vurub

Tarix: 19 Oktyabr 2019 04:16

Bakı. Trend:

Suriya hərbçiləri Latakiya vilayətinin Kban yaşayış məntəqəsində silahlıların buraxdığı iki pilotsuz uçuş aparatını məhv edib.

Trend-in məlumatına görə, bu barədə brifinq zamanı Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleksey Bakin bildirib.

A.Bakin deyib: "Hərbçilərin cənub-qərb istiqamətdə buraxıldığı iki pilotsuz uçuş aparatı Suriya Ərəb Respublikası silahlı qüvvələrinin bölmələri tərəfindən Latakiya əyalətinin Kban yaşayış məntəqəsi ərazisində vurulub".

Bakin qeyd edib ki, İdlib de-eskalasiya zonasının ərazisində qanunsuz silahlı dəstələr tərəfindən hərbi əməliyyatların dayandırılması rejiminin pozulması davam edir. Latakiya, İdlib və Hama əyalətlərindəki 15 yaşayış məntəqəsinin atəşə tutulduğu qeyd edildi.


Etiketlər:  Suriya ordusu Latakiyada silahlıların iki dronunu vurub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ