Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sabah dumanlı hava gözlənilir - PROQNOZ

Sabah dumanlı hava gözlənilir - PROQNOZ

Tarix: 3 Aprel 2023 12:28

Aprelin 4-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gecə bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-11° isti olacaq.

Milli.Az


Etiketlər:  Sabah dumanlı hava gözlənilir PROQNOZ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ