Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2023 08:22
Qərb və şimal-qərb istiqamətində hərbi potensialımızı gücləndirəcəyik.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Finlandiyanın NATO-ya üzv olmaq potensialını dəyərləndirərkən deyib.
"Əgər digər NATO üzvlərinə məxsus hərbi qüvvələr və maşınlar Finlandiyaya yerləşdirilərsə, əlavə addımlar atacağıq. Rusiyanın hərbi təhlükəsizliyini möhkəm şəkildə təmin edəcəyik", - Qruşko bildirib.
Qeyd edək ki, NATO-nun baş katibi aprelin 4-də Finlandiyanın alyansın 31-ci üzvü olacağını və ölkənin bayrağının NATO-nun mənzil-qərargahında dalğalanacağını açıqlayıb.