Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“O yeniyetmə ruhi xəstə deyil" deyən baş həkim işdən çıxarıldı

“O yeniyetmə ruhi xəstə deyil

Tarix: 5 Aprel 2023 10:14

1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov işdən çıxarılıb.

Milli.Az xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, A.Rəsulovun yaş həddi ilə əlaqədar əmək müqaviləsinə xitam verilib.

Ağahəsən Rəsulov 2008-ci ildən 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi olub.

Qeyd edək ki, Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan və həmin uşaq evi ilə bağlı şikayətini bildirən yeniyetmə Məhəmməd Hacıyevin 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilməsindən sonra bu xəstəxananın adı daha tez-tez hallandırılır.

Onu da bildirək ki, A.Rəsulov bir gün əvvəl sitat.info-ya yeniyetmənin durumu ilə bağlı açıqlama verib:

"O yeniyetmə ruhi xəstə deyil. Psixiatriya iki hissəyə bölünür, böyük və kiçik psixiatriya. Bunda diaqnoz sosiopatiyadır. Cəmiyyətdə özünü düzgün apara bilmir. Bir qədər narahat uşaqdır. Bunu dəlixanaya salmaq nə dərəcədə düzgündür? Uşaq evindən göndəriblər, biz də geri göndəririk uşaq evinə. Uşaq evinin müdiriyyəti onu qəbul eləmir. Qoy indi çıxış eləsin, desin ki, mən yanlış demişəm uşaq evi barəsində. O zaman uşağı qəbul edəcəklər. Uşaq evi kiminsə atasının evidir məgər, istəsən qəbul edəsən, istəməsən yox".

Milli.Az


Etiketlər:  O yeniyetmə ruhi xəstə deyil deyən baş həkim işdən çıxarıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ