Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2023 13:44
Şəkidə 2500-dən çox sakini olan Cəyirli kəndinin içməli su təchizatı Əlican çay hesabına həyata keçirilir.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, son günlər kənddən keçən kanalın suyunda qurdların olması sakinləri narahat edir.
Cəyirli Kənd icra nümayəndəliyindən bildirildi ki, çirkli suyun kanala Oğuz rayonunda yerləşən bir neçə müəssisə tərəfində axıdıldığı məlum olub.
Sakinlərin suya olan tələbatını ödəmək üçün bir neçə il əvvəl anbar tikilib. Amma bu hələ ki, faydasızdır.
Məlumata görə anbarın elektrik borcu olduğuna üçün fəaliyyəti müvəqqəti dayandırılıb. Şəki su kanal törəmə səhmdar cəmiyyətindən bildirildi ki, cari ildə Cəyirlidə anbardan kəndin daxilinə su xətlərinin çəkilişi nəzərdə tutulmayıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: