Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2023 15:22
Qumda Saləmat qızlar məktəbində 7 qız şagird zəhərlənib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, şagirdlərdə baş ağrısı, başgicəllənmə, tənəffüs çətinliyi və ürəkbulanma kimi əlamətlər olub.
Şagirdlər məktəbdən yanmış rezin qoxusunun gəldiyini bildiriblər.
Qeyd edək ki, İranda Novruz bayramı tətilinin bitməsindən sonra məktəblərdə dərslərin başlaması ilə kütləvi zəhərlənmə halları yenidən qeydə alınmağa başlayıb.
Məlumata görə, dünən Təbrizdə 20, İsfahanda isə 8 qız şagird xəstəxanaya yerləşdirilib.