Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2023 16:05
Müğənni Şəbnəm Qəhramanova açıqlaması ilə adından söz etdirib.
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, sənətçi qonaq olduğu "Səhər mərkəzi" verilişində həftələr əvvəl bədənşəkilləndirmə əməliyyatı keçirmək istədiyini bildirib.
Şəbnəmin sözlərinə görə, bacısının gördüyü yuxu onu bu istəyindən geri döndərib:
"Analiz vermişdim, evdən xəbərsiz, heç kim bilmirdi, əməliyyata gedəcəkdim. Bacım zəng vurub söylədi ki, səni yuxuda görmüşəm, intihar eləmisən. Sonra düşündüm ki, o, belə bir şey etməz, övladı var.
Bacımın yuxuları çin olur. Ona görə bu istəyimdən vaz keçdim. Artıq çəkilərim var, indi idmanla məşğul oluram. Ümid edirəm ki, istədiyim bədənə sahib olaracağam".