Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Azərbaycan bayrağı Qafanda dalğalanır” – VİDEO

“Azərbaycan bayrağı Qafanda dalğalanır” – VİDEO

Tarix: 5 Aprel 2023 23:12

"Azərbaycan bayrağı Qafanda dalğalanır".

Sonxeber.net konkret.az-a istinadən xəbər verir ki, bunu 44 günlük müharibə iştirakçısı və aktyor Tiqran Nalçacyan Facebook səhifəsində yazıb. O, Qafandan video təqdim edib və Azərbaycan bayrağının Qafanın bir neçə inzibati rayonunda dalğalandığını bildirib.

"Mən indi bir hadisənin şahidi oldum. Hakim partiyadan olan adını bilmədiyim bir deputat yüksək səslə Edqar Qazaryana deyirdi ki, guya o, yalan danışır, Qafanda düşmən bayrağı yoxdur.

Şəxsən mən Qafan şəhərinin kənarında öz gözlərimlə görmüşəm. Çarbaxda, Avanda,  Qafan inzibati rayonunda Azərbaycan bayrağının necə dalğalandığını lentə almışam.

Yalan danışan insanlarla nə danışasan?", - deyə Nalçacyan qeyd edib.


Etiketlər:  Azərbaycan bayrağı Qafanda dalğalanır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ