Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2019 12:21
Bakı. Ləman Zeynalova - Trend:
Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var.
Trend-in məlumatına görə, bunu "BP Azerbaijan" şirkətinin hüquqi məsləhətçisinin köməkçisi Kerolayn Gilbert Bakıda Xəzər Texniki Konfransında deyib.
O bildirib ki, Azərbaycanda külək enerjisinin inkişafı üçün böyük potensial var, Abşeron yarımadasında küləyin sürəti saniyədə 8-9 metrə çatır.
Günəş enerjisinə gəldikdə isə nümayəndə bildirib ki, bu sahədə də ümidverici potensial var. Ölkədə bir sutka ərzində bir kvadrat metrə 4 kilovatt/saat günəş işığı düşür.
O bildirib ki, BP bu sahədə rəqəmsal platformalar hazırlayır və onlardan bəziləri Azərbaycanda da istifadə oluna bilər.
K.Gilbert əlavə edib ki, Paris sazişi çərçivəsində Azərbaycan 2030-cu ilədək parnik qazı tullantılarını 35 faiz azaltmaq niyyətindədir və BP şirkəti ölkədə enerjinin transformasiyası məsələsində dəstək göstərməyə hazırdır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin