Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2023 08:32
Ukrayna prezidentinin ofisində Polşa ilə konfederasiya planı müzakirə olunur.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna nəşri "Strana.ua" yazır.
"Bu ideya hələ ki, bir növ ekzotika kimi görünə bilər. Lakin Ukraynanın NATO-ya qəbul edilməyəcəyi, təhlükəsizliyinin təmin olunmayacağı təqdirdə bu, strateji variant kimi ortaya çıxıb. Söhbət yeni "Reç Pospolita" adlı birliyin yaradılmasından gedir.
Qeyd edək ki, Polşada səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski iki ölkə arasında gələcəkdə sərhədin olmayacağına əmin olduğunu bildirib.