Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putin Rusiya ordusunun Ukraynada əsas vəzifəsini açıqladı

Putin Rusiya ordusunun Ukraynada əsas vəzifəsini açıqladı

Tarix: 6 Aprel 2023 15:44

Rusiya ordusunun vəzifəsi Ukrayna Silahlı Qüvvələrini zərər verə bilməyəcəyi bir məsafəyə köçürməkdir.

Milli.Az TASS-a istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

"Bizim vəzifəmiz onları (Ukrayna Silahlı Qüvvələrini - red.) bizə zərər verə bilməyəcək qədər uzaqlaşdırmaqdır", - prezident "Donetsk Xalq Respublikasının" rəhbəri vəzifəsini icra edən Denis Puşilinlə görüşündə deyib.

Bundan əlavə, Puşilin bildirib ki, "respublikanın" atəşə tutulması məsələsi gündəmdədir. Putin cavab olaraq qeyd edib ki, Rusiya Silahlı Qüvvələrinin vəzifəsi digər məsələlərlə yanaşı, Donbass şəhərlərinin atəşə tutulmasını aradan qaldırmaqdır.

Puşilin prezidentlə söhbəti zamanı onu da vurğulayıb ki, "DXR"də hava hücumundan müdafiə işinin artırılması sayəsində Ukrayna Silahlı Qüvvələrinin hücumlarının sayı təxminən yarıya qədər azalıb.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Putin Rusiya ordusunun Ukraynada əsas vəzifəsini açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ