Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Menecerini döyən məşhur müğənni həbs edildi - FOTO

Menecerini döyən məşhur müğənni həbs edildi - FOTO

Tarix: 6 Aprel 2023 17:12

Məşhur müğənni Cengiz Kurtoğlu aktyor Tolqa Yücenin ad günü məclisində menecer Mustafa Can ilə mübahisə edib.

Sonxeber.net news24.az-a istinadla xəbər verir ki, iddialara görə, aralarındakı mübahisədən sonra Cengiz Kurtoğlu Mustafa Canı yumruqlayıb.

Mustafa Canın hadisə ilə bağlı polisə məlumat verməsindən sonra Cengiz Kurtoğlu barəsində həbs qərarı çıxarılıb. O, 3 il müddətində azadlıqdan məhrum ediləcək. 

Bu gün İstanbul Ağır Cəza Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən Cengiz Kurtoğlu və şikayətçi Mustafa Can iştirak etməyib.

Qeyd edək ki, Cengiz Kurtoğlunun menecerini Orhan Gencebay və digər sənətçilər barəsində təhqiramiz ifadələr işlətdiyinə görə döydüyü iddia olunur. 


Etiketlər:  Menecerini döyən məşhur müğənni həbs edildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ