Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2023 18:00
Cəlilabad şəhərinin Babək küçəsində yaradılan fermanın tullantıları kanala axıdılır. Bu xoşagəlməz mənzərə də yaxınlıqda yaşayan sakinləri ciddi narahat edir.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, sakinlər deyirlər ki, şəhərin mərkəzində bir qrup şəxs həyətlərində fermalar yaradıblar. Fermalarda mal-qara saxlanılır. Buradan çıxan çirkab, tullantı yağış və qrunt sularının axıdılması üçün nəzərdə tutulan kanala tökülür. Ərazidə kəskin üfunət var. Mövcud vəziyyət bir neçə ildir davam edir.
Onların sözlərinə görə, problemin həll edilməsi üçün bir neçə dəfə şikayət ediblər. Bundan sonra kanalda təmizlik işləri aparılıb. Amma fermanın fəaliyyəti davam etdiyindən vəziyyət dəyişməz qalıb.
Məsələ ilə bağlı Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən bildirilib ki, sakinlər rəsmi surətdə ərizə ilə müarciət etməlidirlər. Bundan sonra problemin tam aradan qaldırılması üçün müvafiq işlər görülə bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: