Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2023 21:10
Tamaşa və seriallarda maraqlı obrazlarıyla izləyici qarşısına çıxan əməkdar artist Mətanət Əhmədovaya canlı yayımda tanımadığı tamaşaçıdan maddi yardım təklifi gəlib.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, o qatıldığı televiziya proqramlarından birində bu barədə eşidərkən təəccüblənib. Həmin şəxs Mətanət Əhmədovanın ailəsindən ayrıldığını və uşaqlarının şəkər xəstəsi olduğunu bildiyi üçün hər ay ona maddi dəstək göstərmək istəyib. Naməlum xeyriyyəçi kimliyini açıqlamayıb. Mətanət Əhmədova isə yardımı qəbul etməyəcəyini bildirirək, həmin şəxsə minnətdarlıq edib.