Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kobra pilotu qəhrəman etdi

Kobra pilotu qəhrəman etdi

Tarix: 6 Aprel 2023 21:12

Cənubi Afrikada ağlasığmaz hadisə baş verib. Pilot oturacağın altında kobra olduğunu görüb.

Milli.Az xəbər verir ki, sərnişinlərə həyəcan siqnalı vermədən təyyarədə ilan olduğunu deyən pilot hava limanına məcburi eniş edib.

Təyyarədən enərkən ilanın hələ də oturacağının altında olduğunu qeyd edən pilot, ilan təlimçiləri gəldiyi zaman heyvanın yoxa çıxdığını, daha sonra axtarışlara son qoyulduğunu bildirib.

Cənubi Afrikalı aviasiya mütəxəssisi Brayan Emmenis pilotun demək olar ki, heç vaxt görünməmiş bir vəziyyət qarşısında qəhrəmanlıq göstərdiyini, pilot panikaya düşərsə, təyyarənin qəzaya uğrayaraq insanların ölümünə səbəb ola biləcəyini bildirib. (publika)

Milli.Az


Etiketlər:  Kobra pilotu qəhrəman etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ