Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2019 13:42
Bakı. Trend:
Hacıqabul rayon sakini Əslanə Ablıyeva itkin düşüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan şəhərindəki Regional qrupundan Trend-ə verilən məlumata görə, Ə.Ablıyeva oktyabr ayının 12-də Şirvan şəhərində qonaq gəldiyi evdən çıxaraq bir daha geri qayıtmayıb.
DİN Mətbuat xidmətinin Şirvan şəhərindəki Regional qrupundan Trend-ə verilən digər məlumata görə, Şirvan sakini Günay Novruzova yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Şəkillərdə gördüyünüz hər şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 və (055) 527-57-77 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin