Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2019 14:44
"Fənərbaxça"nın zədəli futbolçuları Hasan Ali Kaldırım və Qarri Rodriqes zədəsini sağaldıb.
Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komandanın əsas üzvü olan hər iki futbolçunun Superliqanın 8-ci turunda "Dənizlispor"la matçda baş məşqçi şans verərsə, meydanda olacaqları gözlənilir. Digər zədəli futbolçular Viktor Mozes və Emre Belözoğlunun isə əlavə zədə riski olduğu üçün oynamayacağı dəqiqləşib.
Qeyd edək ki, "Fənərbaxça" hazırda Superliqada 11 xalla 6-cı pillədə qərarlaşıb.