Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2023 15:36
Bir müddət əvvəl illərdir qaldığı uşaq evindəki vəziyyətə etiraz edən, səhhətində problem olduğu iddia edilərək Psixiatriya Xəstəxanasına yerləşdirilən 16 yaşlı yeniyetmə yenidən böyüdüyü uşaq evinə qaytarılıb.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, yeniyetməni uşaq evinin rəhbəri və müəllimləri qarşılayıb. Bu, xoş görüntülər də həmin an lentə alınıb.
Hazırda yeniyetmə və müəsissədəki vəziyyət Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən nəzarətə götürülüb.
Bildirilir ki, bənzər hadisənin bir daha təkrarlanmaması üçün lazimi tədbirlər görülüb.
Qeyd edək ki, 16 yaşlı yeniyetmə 3 saylı uşaq evinə öz istəyi və qardaşının razılığı əsasında qaytarılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: