Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

5 illik münasibət bitir - FOTO

5 illik münasibət bitir - FOTO

Tarix: 7 Aprel 2023 20:56

Fransız aktyor Vinsent Kassel həyat yoldaşı model Tina Kunaki ilə olan bütün şəkillərini "Instagram" səhifəsindən silib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, cütlük beş illik evlilikdən sonra ayrılıb. Onların boşanmağa hazırlaşdığı bildirilib.

Həmçinin, Kassel aprelin 5-də Kunakini ad günü münasibətilə təbrik etməyib. Qadın özü də ərinin fotolarını paylaşmağı dayandırıb.

Qeyd edək ki, Vinsent Kassel və Tina Kunaki 2018-ci ildə evləniblər. 2019-cu ilin aprel ayında cütlüyün Amazoni adlı qızı dünyaya gəlib.

Xatırladaq ki, aktyor üçün bu, ikinci evlilikdir. Belə ki, o, 1999-2013-cü illərdə italyan aktrisa Monika Bellucci ilə ailəli olub. Bu izdivacdan Deva və Leoni adlı iki qız övladı dünyaya gəlib.

Milli.Az


Etiketlər:  5 illik münasibət bitir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ