Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qədr gecələri başlayır - Tarixləri

Qədr gecələri başlayır - Tarixləri

Tarix: 8 Aprel 2023 20:34

Aprelin 9-da ilk Qədr (Əhya) gecəsi olacaq.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin hazırladığı Ramazan ayının xüsusi təqvimində bildirilib.

Digər Qədr gecələri isə aprelin 11-i, 13-ü və 17-nə təsadüf edəcək.

Bundan əlavə, şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.

Qeyd edək ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır.


Etiketlər:  Qədr gecələri başlayır Tarixləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ