Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyada 50 nəfər türk birdən ZƏHƏRLƏNDİ

Almaniyada 50 nəfər türk birdən ZƏHƏRLƏNDİ

Tarix: 9 Aprel 2023 21:28

Almaniyanın Düsseldorf şəhərində türk toyunda 50-yə yaxın insan zəhərlənib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Qonaqlardan biri qan dövranı problemi ilə bağlı təcili yardım çağırmalı olub.

Məlum olub ki, zalda dəm qazından sızma baş verib.

Əraziyə yanğınsöndürmə və xilasedicilər cəlb olunub, insanlar binadan təxliyə olunub.

Polis bildirib ki, toya gələn 34 nəfər zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib, daha 20 nəfər isə fərdi şəkildə xəstəxanaya müraciət ediblər.

Şənlikdə 150-200 nəfər iştirak edib.

Polis hadisənin səbəblərini araşdırır.


Etiketlər:  Almaniyada nəfər türk birdən ZƏHƏRLƏNDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ