Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kənd Təsərrüfatı Nazirliyi quduzluğa qarşı yeni vaksinasiya üzərində çalışır (FOTO)

Kənd Təsərrüfatı Nazirliyi quduzluğa qarşı yeni vaksinasiya üzərində çalışır (FOTO)

Tarix: 3 May 2019 16:36

Bakı. İlhamə İsabalayeva - Trend:

Quduzluq xəstəliklərinə qarşı tədbirlərdən biri də oral vaksinasiyadır. Kənd Təsərrüfatı Nazirliyi bunun üzərində çalışır.

Trend-in məlumatına görə, bunu nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Asəf Ömərov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu peyvəndləmə üsulunun həm müsbət, həm də mənfi tərəfləri var:

"Oral vaksinasiyanın müsbət tərəfi odur ki, vəhşi təbiətdə quduzluq xəstəliyi nəzarətdə saxlanılır. Ancaq bu vaksinasiya canavarlar üçün effektli deyil, çünki canavarlar qidaları çeynəmədən birbaşa udurlar. Tülkülər isə çeynəyirlər deyə dişləri vasitəsilə vaksinasiya olunurlar və bu da hər bir halda xəstəliyin vəhşi təbiətdə qarşısını alır".

A.Ömərov qeyd edib ki, hazırki vaxtda oral vaksinasiya tətbiq edilmir, bu tədbir helikopterlər vasitəsilə qar yağan vaxtı həyata keçirilir.

Nazirlik rəsmisi bildirib ki, ümumilikdə, itlərin populyasiyalarının artımı müşahidə olunur:

"Dünya təcrübəsində it və pişiklərin populyasiyalarını azaltmaq üçün müvafiq tədbirlər görülür. Onlar sterilizasiya olunaraq peyvəndlənir. Bu prosesin nəticəsində həmin heyvanlar nəsil artırma funksiyasını itirirlər. Dünya təcrübəsinə görə, heyvanların 70-75 faizi peyvənd olunarsa, bu, artıq xəstəliyin baş verməsinin qarşısını alır".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Kənd Təsərrüfatı Nazirliyi quduzluğa qarşı yeni vaksinasiya üzərində çalışır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ