Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağstafada məktəb binası qəzalı vəziyyətdədir - VİDEO

Ağstafada məktəb binası qəzalı vəziyyətdədir - VİDEO

Tarix: 10 Aprel 2023 20:12

Ağstafa rayonu, Poylu kənd tam orta məktəbin binası qəzalı vəziyyətə düşüb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, 1977-ci ildə tikilmiş və 324 şagirdin təhsil aldığı məktəb yararsız vəziyyətdədir.

İkimərtəbəli binanın dam örtüyü, döşəməsi, divarları, pəncərə və qapılarının  hər biri ayrılıqda potensial təhlükə mənbəyidir.

Məktəbin direktoru bildirib ki, indiyədək bir neçə dəfə təmir işləri aparılıb, amma bu kifayət deyil.

Valideynlər isə övladlarının həyatından narahatdırlar. Çünki hər an bədbəxt hadisə baş verə bilər.

Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsinin aparıcı məsləhətçisi Nəcibə Vəliyeva bildirib ki, regionların 2019-2023-cü illə sosial-iqtisadi inkişafı dövlət proqramına əsasən, bir sıra məktəblərin təmir olunması planlaşdırılıb. Sözügedən məktəbin də təmiri proqrama daxil edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Ağstafada məktəb binası qəzalı vəziyyətdədir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ