Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2023 22:48
Şərti adı B-04 olan yeni Metrostansiyanın inşası sürətlə davam etdirilir.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki,Nəsimi rayonu ərazisində yerləşən metrostansiyanın gələn ilin sonunda istifadəyə veriləcəyi planlaşdırılır.
Ən üst mərtəbədə kassa zalı və vestibül, üçüncü mərtəbədə isə texniki sahələr yerləşəcək. Burada xidməti otaqlar və 4 havalandırma kamerası tikiləcək.
İkinci mərtəbə keçid üçün nəzərdə tutulub. Stansiyada quraşdırılacaq 3 liftdən 2-si bu mərtəbədə olacaq.
Stansiyanın platforması 7 vaqonlu qatarların hərəkəti üçün nəzərdə tutulub.
Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov "Xəzər Xəbər"ə deyib ki, stansiyanın 4 giriş-çıxışı olacaq. Bu isə yerüstü sahədə avtomobil yolunun hər iki tərəfinə rahat və təhlükəsiz keçidi təmin edəcək.
Qeyd edək ki, şərti adı olan B-04 olan metrostansiyası bənövşəyi xətti üzrə Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşəcək. Tikinti işlərinin gələn ilin sonunda yekunlaşdırılması və stansiyanın istifadəyə verilməsi planlaşdırılır.