Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Piyada keçidi, yoxsa təhlükə mənbəyi? - VİDEO

Piyada keçidi, yoxsa təhlükə mənbəyi? - VİDEO

Tarix: 11 Aprel 2023 04:06

Bakıda piyadaların təhlükəsizliyi üçün çəkilən zolaq əslində onları təhlükəyə atır.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, belə vəziyyət paytaxtın Nəsimi rayonu ərazisində yaşanır.

Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanuna əsasən piyada keçidinin 5 metrliyində istənilən nəqliyyat vasitəsinin dayanması qadağandır. Piyada keçidi dayanacaqdan əvvəl yerləşməlidir. Əks halda 50 metrlik məsafə saxlanılmalıdır. Amma həmin ərazidə qaydalar gözlənilməyib. Ona görə də burada sürücülər və piyadaların həyatı təhlükə altındadır.

Bakı Nəqliyyat Agentliyinin (BNA) şöbə müdiri Tərlan Səfərov bildirib ki, məsələdən xəbərdardırlar. Artıq mütəxəssislər həmin əraziyə baxış keçiriblər.

BNA yaxın vaxtlarda problemin həlli istiqamətində dayanacağın yerinin dəyişdirilməsi üçün prosedur qaydalarına uyğun olaraq işlər həyata keçirəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Piyada keçidi yoxsa təhlükə mənbəyi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ