Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyənin ilk müşahidə peykinin kosmosa göndərilməsi təxirə salınıb

Türkiyənin ilk müşahidə peykinin kosmosa göndərilməsi təxirə salınıb

Tarix: 11 Aprel 2023 10:14

Türkiyənin ilk yerli müşahidə peyki İMECE-nin kosmosa göndərilməsi prosesi təxirə salınıb.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə IMECE peykini orbitə daşıyacaq Falcon 9 raketinin işindən məsul olan Amerikanın SpaceX şirkəti bildirib.

Məlumata əsasən, peykin orbitə buraxılması barədə dəqiq tarix və saat bildiriləcək.

Bundan əlavə, SpaceX şirkətinin komandaları hava şəraitinin izlədikləri ilə bağlı məlumat verib.

Məlumat üçün qeyd edək ki, IMECE peyki fevralın 21-də ABŞ-dakı Vandenberq Kosmik Qüvvələri bazasına göndərilib.

Layihə Türkiyənin Milli Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Rəhbərliyinin koordinasiyası ilə həyata keçirilən layihənin orbitə göndərilməsi prosesi tamamlandıqdan sonra Türkiyənin Hərbi Hava qüvvələrinin inventarına daxil ediləcək.

Milli.Az


Etiketlər:  Türkiyənin ilk müşahidə peykinin kosmosa göndərilməsi təxirə salınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ