Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2023 11:04
İspan yazar Fernando Sançez Draqo vəfat edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, yazar 86 yaşında infarkt səbəbindən dünyasını dəyişib. O, evində huşsuz vəziyyətdə qonşular tərəfindən aşkarlanıb.
Qeyd edək ki, Draqo 45-dən çox əsər, o cümlədən bir çox avtobioqrafik roman və esselərin müəllifidir. O, daha çox "Ürək yolu" və "Paralel ölümlər" kimi əsərləri ilə tanınır. Draqo 1992-ci ildə "Labirint sınağı" kitabına görə "İspan dilində ən yaxşı roman" nominasiyası üzrə "Milli Planet Mükafatı"na layiq görülüb.