Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2023 14:56
Hərbi xidmətə cəlb olunan şəxslərin vahid reyestri haqqında qanun layihəsi səfərbərliklə yox, hərbi qeydiyyatla bağlıdır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyada vətəndaşların hərbi qeydiyyatı ilə bağlı vahid məlumat bazasının yaradılmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, sistemin modernləşdirilməsinə ehtiyac var.
Peskov bildirib ki, hərbi qeydiyyat sisteminin rəqəmsallaşdırılması onun "anlaşılan, sürətli, məlumatlandırıcı və bütün vətəndaşlar üçün asan" olması üçün lazımdır.
Rusiya Prezidentinin sözçüsü Kremldə yeni qanun layihəsinin müzakirəsinin panikaya və yeni mühacirət dalğasına səbəb ola biləcəyi ilə bağlı heç bir hissin olmadığını da vurğulayıb.
Eyni zamanda, Peskov qeyd edib ki, insanların sualları varsa, o zaman həm dövlətin, həm də deputatların vəzifəsi bu məsələlərə aydınlıq gətirməkdir: "Buna görə də sadəcə səbirli olmaq lazımdır".
Peskov qismən səfərbərliyin ikinci dalğasının perspektivlərinin olmadığını da əlavə edib.