Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhərin ən böyük parklarından biri sahibsiz itlərlə doludur - VİDEO

Şəhərin ən böyük parklarından biri sahibsiz itlərlə doludur - VİDEO

Tarix: 11 Aprel 2023 16:38

Abşeronda sahibsiz küçə itləri insanlara təhlükə saçır.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan bir görüntü sahibsiz itlərin hər an insanlara hücum edərək onlara xəsarət yetirə biləcəyindən xəbər verir.

Şəhərin ən böyük parklarındən birinə üz tutan sakinlər itlərin əlindən təngə gəldiklərini deyirlər.

Qeyd üçün bildirək ki, sahibsiz itlərin nə qədər təhlükəli olduğunu hər kəs anlayır. Amma insanlar da onlarla davranarkən diqqətli olmalıdırlar. Sahibsiz itləri qıcıqlandırmaq, lüzumsuz yerə vurmaq doğru deyil və xoş olmayan nəticələrə gətirib çıxara bilər.

Problemlə bağlı Abşeron rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, sahibsiz heyvanların saxlanılması üçün rayonun Aşağı Güzdək qəsəbəsində ayrılmış torpaq sahəsində sığınacağın tikintisi bu ilin layihəsinə salınıb.

Müvafiq sənədləşmə işləri baş çatdıqdan sonra tikinti işlərinə start veriləcək.

Bundan sonra problem aradan qaldırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Şəhərin ən böyük parklarından biri sahibsiz itlərlə doludur VİDEO


RƏYLƏR