Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Xanımım məni körpə uşaq kimi əzizləyir” - VİDEO

“Xanımım məni körpə uşaq kimi əzizləyir” - VİDEO

Tarix: 11 Aprel 2023 17:50

"Kişi gərək elə olsun ki, xanımını hər zaman əziz tutsun. Etiraf edirəm ki, həyat yoldaşımı canımdan daha çox sevirəm. Göydə Allah, yerdə isə məni yaşadan xanımımdır. Allah səni mənə, məni də sənə çox görməsin".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev qonaq olduğu "Günün sədası" verilişində deyib.

Xanımının qayğıkeşliyindən söz açan sənətçi bildirib ki, həyat yoldaşı onu körpə uşaq kimi əzizləyir:

"Ona görə ömrümü ona borcluyam. İnsanlar mənə deyirlər ki, sən hər zaman səliqəli geyinirsən. Bunu da xanımın edir? Evimizə, otağımıza girsəniz, o səliqəni orada da görərsiniz. Allah sənin üzünü ağ etsin (xanımına müraciət edir - red.). Övladlarıma gözəl tərbiyə verib. Mən ailəm üçün deyil, nəslim üçün yaşamışam. Övladlarım ağıllıdır. Bu da xanımıma görədir.

Mən sizdən çox razıyam. Qayınanam Raya xanıma sağol deyirəm. Onun səkkiz övladı var. Baldızlarım da ailələrində xanımım kimi qayğıkeşdir. Bunlar ürəyimdən gələn sözlərdir. Atam, anam, qayınatam dünyasını dəyişib. Kürəkənlər, oğullar yığışırıq qayınanam Raya xanımdan ata-ana qoxusu alırıq. Allah onu bizə çox görməsin".


Etiketlər:  Xanımım məni körpə uşaq kimi əzizləyir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ