Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2023 08:09
İran sözdə yumuşalma göstərsə də, əməldə biz bunu görmürük. Əməli addımlar üçün İran ermənilərə dəstək verməkdən əl çəkməli, Azərbaycanın iç məsələlərinə qarışmamalıdır.
Sonxeber.net bildirir ki, bu sözləri axar.az-a güneyli araşdırmaçı-yazar Məhəmməd Rəhmanifər İran və Azərbaycan XİN-in diplomatik münasibətləri inkişaf etdirməklə bağlı apardıqları söhbəti şərh edərkən deyib.
O qeyd edib ki, İran Azərbaycanı qarşısına ala bilməz:
"Bunun Güney Azərbaycanda əks-reaksiyalar doğuracağını anlayır. Güney Azərbaycan məsələsi İranın əsas problemi hesab olunur. Problem İranın öz sərhədlərinin içindədir. Buna görə də İran heç vaxt Azərbaycanla xoş münasibətlər qura bilməyəcək".