Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yenə göz yaşı...'' - FOTOlar

''Yenə göz yaşı...'' - FOTOlar

Tarix: 12 Aprel 2023 13:05

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atəşə tutması nəticəsində 3 hərbiçimiz şəhid olub. 

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənət adamları şəhidlərlə bağlı paylaşım edərək, onlara Allahdan rəhmət, ailələrinə səbr diləyiblər. 

Xalq artisti Flora Kərimova paylaşımında "Gəldi ürəkdəki arzular dilə, Silahı məhəbbət, son sözü Vətən. Şəhidlər göstərdi ölümləriylə, Ölüm aşağıdır Vətən eşqindən!" şeirini yazıb. 

Xalq artisti Zülfiyyə Xanbabayeva isə "Vətən, başın sağ olsun" sözləri ilə şəhidləri anıb. 

Xalq artisti Brilliant Dadaşova "Yenə qarışıqlıq, yenə göz yaşı. Tanrı niyə qonşu etdi bizə əsli, kökü bilinməyən əyyaşı. Hardandır bu qədər dərd, belə zillət. Nə zaman sakit yaşayacaq bu xalq... Nədən görəsən bu qədər ağır oldu türkün daşı. Nədən heç tapılmır dostu, sirdaşı..." deyə, paylaşımında qeyd edib. 

Müğənni Natavan Həbibi isə "Ermənistanın Laçın istiqamətində təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub. Tarixi torpaqlarımız azad olunana kimi mübarizə davam edəcək. Yaralılara Allahdan şəfa diləyirik. Allah şəhidlərimizə rəhmət etsin, doğmalarına səbr versin. Başımız sağ olsun! Dövlətimizin, millətimizin, ordumuzun yanındayıq!" deyə, paylaşım edib. 

Xalq artisti Röya Ayxan isə paylaşımında "İndi xəbər tutdum, çox ağırdır. Laçın rayonu istiqamətində gərginlik yaranıb. Hərbçilərimiz şəhid olub, yaralılarımız var. Allah əsgərlərimizə güc versin. Başın sağ olsun, Azərbaycan" sözlərini yazıb.


Etiketlər:  Yenə göz yaşı FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ