Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ac qaldım, ölmək istədim...'' - VİDEO

''Ac qaldım, ölmək istədim...'' - VİDEO

Tarix: 13 Aprel 2023 06:10

"O gün bir qızın atasının vəfatına dözməyib intihar etdiyini eşitdim. Bir daha başa düşdüm ki, mən yaxşı qurtardım. Yoxsa beynimdən min şey keçirdi: özümə nə ilə cəza verə bilərəm. Ac qalmaq istədim, gücüm çatmadı. Ölmək istədim, cürət edə bilmədim. Yəqin qorxağam".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruz bildirib. Atası dünyasını dəyişəndən sonra depressiyaya düşüb saçlarını kəsdiyini deyən Şəfəq onları nümayiş etdirib:

"Atam dünyasını dəyişəndən bir həftə sonra özümə ən ağır cəza kimi bunu düşündüm: çünki mənə yaraşıq verən saçlarım idi. Küt qayçı ilə hardan və necə gəldi kəsdim. Cavidan (qardaşı, aktyor Cavidan Novruz - red.) yanımda olsaydı belə olmazdı. Bu videoda isə üstündən 10 gün keçdikdən sonra usta saçlarımı səliqəyə salır. Əvvəl saçımda ağ demək olar ki, yox idi. İndi birdən birə saçlarım ağappaq olub. Şok oldum. İlk dəfədir belə bir şeyin şahidi oldum. Bunu ona görə paylaşdım ki, məni qısa saçda görüb qorxmayın, gülməyin. Çünki hər dəfə başımı bağlaya bilməyəcəyəm. Atam demişkən, düzələr, narahat olmayın". 

Qeyd edək ki, Ramiz Novruz uzun sürən xərçəng xəstəliyindən sonra fevralda dünyasını dəyişib.


Etiketlər:  qaldım ölmək istədim VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ