Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı ailəsində anadan olan qalmaqallı yazıçı öldü

Azərbaycanlı ailəsində anadan olan qalmaqallı yazıçı öldü

Tarix: 13 Aprel 2023 10:12

Azərbaycanəsilli rusiyalı yazıçı Eduard Bağırov 47 yaşında vəfat edib.

Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Varlamov News" teleqram kanalı yazıçının yaxınlarına istinadən yazıb.

Mənbənin sözlərinə görə, son bir həftədə Bağırov komada olub. Onda orqan çatışmazlığının yarandığı bildirilir.

Qeyd edək ki, yazıçı, kinodramaturq, radioaparıcı E. Bağırov 1975-ci ildə Türkmənistanın Marı şəhərində anadan olub. Onun atası azərbaycanlı, anası isə rusdur. 2007-ci ildə "Qastarbayter" romanı sayəsində məşhurlaşıb. 2008-ci ildə "Sevgililər", 2010-cu ildə isə "İdealist" romanı işıq üzü görüb.


Etiketlər:  Azərbaycanlı ailəsində anadan olan qalmaqallı yazıçı öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ