Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Psixiatriya klinikasına yerləşdirilən aktrisadan xəbər var

Psixiatriya klinikasına yerləşdirilən aktrisadan xəbər var

Tarix: 13 Aprel 2023 13:25

Üç həftə əvvəl psixiatrik xəstəxanaya yerləşdirilən Hollivud ulduzu Amanda Bayns evə buraxılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Cənubi Kaliforniya xəstəxanasının işçiləri aktrisanın gündəlik həyatına qayıtmağa hazır olduğunu bildiriblər.

Lakin Amanda ambulator müalicəsini davam etdirəcək. O, terapevtə baş çəkəcək və evdən çıxarkən ona yazılan dərmanları qəbul edəcək.

Qeyd edək ki, aktrisa martın sonunda Los-Anceles küçələrində çılpaq gəzdiyi üçün həbs olunmuş və daha sonra psixiatrik xəstəxanaya yerləşdirilmişdi.

Milli.Az


Etiketlər:  Psixiatriya klinikasına yerləşdirilən aktrisadan xəbər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ