Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın ikinci hərbçisi də Ermənistanda saxlanıldı

Azərbaycanın ikinci hərbçisi də Ermənistanda saxlanıldı

Tarix: 13 Aprel 2023 13:32

Naxçıvan-Ermənistan sərhədində itkin düşən ikinci Azərbaycan hərbçisi saxlanılıb.

Milli.Az bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki hərbçisi əsgərlər - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər.

Onlardan biri aprelin 10-da Ermənistanla sərhəddə saxlanılmışdı.

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası əsgərlərin Ermənistan ərazisində saxlanıldığının ehtimal edildiyi nəzərə alınaraq, onların azad olunmaları ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciət olunduğunu bəyan edib.

Bildirilib ki, məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Milli.Az


Etiketlər:  Azərbaycanın ikinci hərbçisi Ermənistanda saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ