Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2023 18:38
Beynəlxalq tərəfdaşlar Ukraynanın bərpası üçün 115 milyard dollar verəcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal Dünya Bankında Ukraynaya dəstək üçün nazirlərin dəyirmi masasında iştirakından sonra "Telegram"da yazıb.
Baş nazirin sözlərinə görə, bu il Ukraynanın sürətli bərpa layihələri üçün 14 milyard dollar tələb olunur:
"Beynəlxalq tərəfdaşlar Ukraynaya dəstək olaraq uzun müddətə 115 milyard dollar verəcək", - deyə Şmıqal bildirib.
Şmıqal həmçinin ABŞ, Avropa İttifaqı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, G7 ölkələrinə və Ukraynın bərpasına başlamağa kömək edən bütün digər beynəlxalq tərəfdaşlara təşəkkürünü bildirib.