Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bölgələrdən su qıtlığı var? - VİDEO

Bölgələrdən su qıtlığı var? - VİDEO

Tarix: 13 Aprel 2023 20:50

Son illərdə rəsmi qurumlar Azərbaycanda su qıtlığının yarana biləcəyi ilə bağlı xəbərdarlıq edir.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, hətta bəzi ərazilərə su qrafiklə verilir. Bəzi bölgələrdə isə fermerlərin qazanc yeri olan əkin sahələrini suvarmaq üçün su tapılmır.

"Bununla bağlı "Xəbər Ertəsi"nin votsap nömrəsinə də xeyli müraciət daxil olub"

Təsərrüfat sahibləri yağışın ümidinə qalıblar.

Zaqatalalı fermerlər bildirir ki, vəziyyət bu cür davam edərsə, məhsuldarlıq xeyli aşağı düşəcək.

Ağsudakı təsərrüfat sahibləri də hər il bu aylarda suvarma problemi ilə üzləşdiklərini deyirlər. Ucar sakinləri isə ümumiyyətlə hər il suyun olmaması səbəbindən xeyli məhsulun məhv olduğunu bildirir.

Məsələ ilə bağlı Meliorasiya və Su təsərrüfatı ASC-nin nümayəndəsi Qulu Kərimov bildirdi ki, fermerlər su növbələrinə riayət etmirlər.

Hazırda suyun 70 faizi suvarmaya istifadə edilir. İndi bütün rayonlarda suvarmanın intensiv dövrüdür. Bununla belə təxminən 535 min hektar sahədə əkilmiş taxıl bitkilərinin 370 min hektarı birinci vegatasiya suvarması ilə təmin olunub.

Qurum rəsmisi bildirib ki, artıq çayların gursululuq dövrü yetişib və suvarma ilə bağlı problemlər nisbətən azalacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Etiketlər:  Bölgələrdən qıtlığı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ