Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əfqanıstanın şimal bölgəsində 16 kənd azad edildi

Əfqanıstanın şimal bölgəsində 16 kənd azad edildi

Tarix: 20 Oktyabr 2019 17:04

Bakı, Trend:

Əfqanıstanın şimali Bağlan əyalətində 12-dən çox "Taliban" qiyamçısının öldürüldüyü və 16 kəndin azad olunması barəsində məlumat yayılıb.

Trend-in məlumatına görə, bu barədə şimal bölgəsinin ordu sözçüsü Əbdul Hadi Camal deyib.

Mətbuat katibi bildirib ki, Bağlan əyalətinin bəzi hissələrində "Taliban" yaraqlılarına qarşı əməliyyat dörd gün əvvəl başlamış və bu günə qədər Dandeghori, Dandeshahabudin və Kilagay bölgələrində 16 kənd azad edilmişdir.

Davam edən əməliyyat zamanı Bağlan əyalətində kölgə qubernatoru vəzifəsini icra edən Talibanın yüksək səviyyəli komandiri Qari Baxtiyar da daxil olmaqla daha on iki nəfər yaralanıb.

Qeyd edək ki, paytaxtı Kabildən 160 kilometr şimalda olan şimal Bağlan əyaləti son bir neçə ildə artan döyüş bölgəsinə çevrilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Əfqanıstanın şimal bölgəsində kənd azad edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ