Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2023 20:24
Rusiyanın Nijni Taqil şəhərində qəribə qaçaqmalçılığın üstü açılıb. Belə ki, narkotik maddə satışı ilə əlaqədar saxlanılan qadının qucağındakı "körpənin" əslində pişik olduğu ortaya çıxıb. Elə narkotikləri də heyvana geyindirdiyi kombinezonda gizlədibmiş.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, kadrlar sosial şəbəkələrdə gülüşlə qarşılanıb.
"Pişik ya bu qəribə vəziyyətə görə, ya da bütün fəndlərə baxmayaraq, sahibinin ifşa olunmasından şokdadır", - deyə istifadəçilərdən biri yazıb.