Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirusun yeni variantı ortaya çıxdı - Xüsusilə uşaqlarda...

Koronavirusun yeni variantı ortaya çıxdı - Xüsusilə uşaqlarda...

Tarix: 14 Aprel 2023 22:30

Dünyada 6 milyondan çox insanın ölümünə səbəb olan koronavirus mutasiya edərək yayılmağa davam edir.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, bir çox ölkədə, xüsusən də Hindistanda koronavirusun yeni variantı ortaya çıxıb. Hind alimlərinin sözlərinə görə, Arkturus variantı Omikronun mütasiyası nəticəsində meydana çıxıb. Bildirilib ki, bu variant, xüsusilə uşaqlarda müşahidə olunur.

Hindistan Pediatriya Akademiyasının keçmiş prezidenti Dr. Vipin Vaşiştha son vaxtlar koronavirusa yoluxma hallarının artdığına diqqət çəkib. O bildirib ki, bu xəstəliyin yüksək hərarət, öskürək kimi əlamətlərinə göz qaşınması da əlavə olunub. "Hindustan Times" qəzetinin yazdığına görə, xüsusilə qaşınma konyuktiviti uşaqlarda müşahidə edilir və bu simptom digər COVİD-19 variantlarında müşahidə olunmayıb.

Digər tərəfdən son vaxtlar Hindistanda yoluxma hallarının sürətlə yayıldığı açıqlanıb. Hindistanda bu gün 11 109 yeni yoluxma halı aşkarlanıb. Alimlər bir gündə baş verən bu artımın son bir ildəki ən böyük artım olduğunu açıqlayıb. (publika)

Milli.Az


Etiketlər:  Koronavirusun yeni variantı ortaya çıxdı Xüsusilə uşaqlarda


RƏYLƏR