Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Neftçi" - "Qəbələ" oyununda 3 qol vuruldu

Tarix: 14 Aprel 2023 23:06

Azərbaycan Premyer Liqasında 30-cu turun oyunları keçirilir.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, ilk oyun günündə daha bir görüş baş tutub.

Günün sonuncu matçı "Neftçi" ilə "Qəbələ" arasında olub. Üç qolun qeydə alındığı matç paytaxt təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.

Turun "Kəpəz" - "Turan Tovuz" oyunu sabah, "Şamaxı" - "Sumqayıt" və "Sabah" - "Qarabağ" görüşləri isə bazar günü keçiriləcək. İlk oyunda isə "Zirə" "Səbail"ə 3:0 hesabıyla qalib gəlib.

Azərbaycan Premyer Liqası
30-cu tur
14 aprel

"Neftçi" - "Qəbələ" 1:2
Qol: E.Mahmudov, 61-pen - R.Maçado, 13. İ.Alimi, 24-pen.
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Şirmamed Mamedov, Rəşad Əhmədov.
Bakı. Saat 20:00.

Milli.Az


Etiketlər:  Neftçi Qəbələ oyununda 3 qol vuruldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ