Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynada müharibə nəticəsində indiyə qədər 469 uşaq həlak olub

Ukraynada müharibə nəticəsində indiyə qədər 469 uşaq həlak olub

Tarix: 15 Aprel 2023 18:26

Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində indiyə qədər həlak olan ukraynalı uşaqların sayı 469-a çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Baş Prokurorluğu "Telegram" kanalında məlumat verib.

Bildirilib ki, 2022-ci ilin fevralın 24-dən indiyədək Rusiyanın hücumları zamanı 469 uşaq həyatını itirib, 948 uşaq isə yaralanıb.

Baş Prokurorluq əlavə edib ki, bu məlumatlar yekun xarakter daşımır, çünki aktiv hərbi əməliyyatlar davam edən yerlərdə, müvəqqəti ələ keçirilən və azad edilmiş ərazilərdə işlər davam edir.

Qeyd edək ki, bir gün əvvəl (14 aprel) Ukrayna Milli Polisi məlumat verib ki, Rusiya Federasiyası ilə genişmiqyaslı müharibə başlayandan bəri aprelin 13-nə olan məlumata görə, ümumilikdə 11 258 uşaq itkin düşmüş hesab olunur.

Milli.Az


Etiketlər:  Ukraynada müharibə nəticəsində indiyə qədər 469 uşaq həlak olub


RƏYLƏR