Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistanda qızıl medal alan türkiyəli atlet qələbəsini Azərbaycana həsr etdi

Ermənistanda qızıl medal alan türkiyəli atlet qələbəsini Azərbaycana həsr etdi

Tarix: 15 Aprel 2023 21:46

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatda türkiyəli altel Cansu Bektaş 45 kq-da fəxri kürsüyə qalxıb. O, birdən qaldırmada 72 kiloqramın öhdəsindən gələrək qızıl medal qazanıb. Eyni çəkidə gümüş medal da Türkiyənin olub. 

Milli.Az xəbər verir ki, hər iki atlet qələbələrini "Azərbaycanlı qardaşlarımıza həsr edirik. Buradan demək istəyirik ki, biz onları çox sevirik. SOnuna qədər onların yanındayıq" ifadələri ilə məlum bayraq təxribatı səbəbi ilə yarışa başlamadan İrəvandan Bakıya dönən azərbaycanlı həmkarlarına həsr etdiklərini deyiblər.

Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu idmançını bu uğuru münasibətilə təbrik edib.

Milli.Az


Etiketlər:  Ermənistanda qızıl medal alan türkiyəli atlet qələbəsini Azərbaycana həsr etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ