Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran Ermənistanı silahlandırmaqla səhv edir

İran Ermənistanı silahlandırmaqla səhv edir

Tarix: 16 Aprel 2023 17:32

İran dəfələrlə Azərbaycan və Ermənistan arasında münaqişədə maraqlı olduğunu göstərib, həmçinin İrəvana dəstək verməyə hazırdır. Analitiklər bunu İranın səhvi kimi qiymətləndirir.

Sonxeber.net bildirir ki, bu sözləri Axar.az-a rusiyalı siyasi şərhçi Sergey Markov İranın Ermənistana hərbi dəstəyi ilə bağlı danışarkən deyib.

Politoloq qeyd edib ki, Ermənistanın Rusiyadan uzaqlaşma siyasəti yürütməsi bu ölkəni İranla yaxınlaşdırıb:

"Böyük ehtimalla, Ermənistanın ordusu İran PUA-larından və digər hərbi sistemlərindən istifadə edir. Çünki İkinci Qarabağ müharibəsi göstərdi ki, Ermənistan ordusu çox zəifdir. Odur ki, Ermənistan yeni silah sistemləri almağa çalışır. Həmçinin, Ermənistan Rusiyadan uzaqlaşmaq niyyətindədir. Sübut etmək istəyir ki, silahı tək Rusiyadan deyil, başqa yerlərdən də əldə edə bilər".


Etiketlər:  İran Ermənistanı silahlandırmaqla səhv edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ