Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2023 11:40
Meyxanaçı Rəşad Dağlının bu gün keçirilən məhkəmə iclasında daha bir ittiham irəli sürülüb.
Sonxeber.net "qafqazinfo"ya istinadən yazır ki, hazırlıq iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilib.
Məlum olub ki, məhkəmə müddətində dövlət ittihamının müdafiəsini tanınmış prokuror Orxan Səmədov həyata keçirəcək.
Bundan başqa o da məlum olub ki, Rəşad Dağlıya qəsdən adam öldürmə ittihamından əlavə olaraq Cinayət Məcəlləsinin 228.4-cü maddəsi (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) ilə də ittiham verilib.
Daha sonra Rəşad Dağlının vəkili Elvin Əliyev proseslərin qapalı keçirilməsinə dair vəsatət verib. O bildirib ki, məhkəmədə Rəşad Dağlının şəxsi və ailə sirləri elan oluna bilər. Məhkəmə prosesin açıq keçirilməsinə dair qərar qəbul edib.
Məhkəmənin baxış iclası mayın 1-nə təyin edilib.